İslam Əməkdaşlıq Təşkilatı Qəzzadakı vəziyyəti nəzərdən keçirmək üçün çərşənbə axşamı, martın 5-də Ciddədə İslam ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasını keçirəcək.
İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü var və baş qərərgahı Ciddə şəhərində yerləşir.
Təşkilatın baş katibi və bir hüquq qrupu İsrailin Fələstin xalqına qarşı cinayətlərini əsas gətirərək fevralın 26-da Beynəlxalq Ədalət Məhkəməsinə şifahi şikayət təqdim edib.
İranın xarici işlər naziri bundan əvvəl bəzi həmkarları ilə söhbət edərək Qəzzadakı vəziyyətlə bağlı İslam ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasının çağrılmasını istəmişdi.
Sizin rəyiniz